RU

Mahir Emreli: “Yanlış ifadə işlətməkdən qorxuram”

“Komanda uduza bilər, lakin baxır necə”. Bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.

O, Millətlər Liqasının İsveçlə səfər matçındakı böyükhesablı məğlubiyyət barədə danışıb: “Hələ də məğlubiyyətin şokunu yaşayırıq. Nə deyəcəyimi bilmirəm. Yanlış ifadə işlətməkdən də qorxuram. Əslində, komanda uduza bilər, lakin baxır necə. Nə oyun qura, nə də rəqibin hücumlarının qarşısını ala bildik. Onsuz da həmişə günahkar axtarırıq,düşünürük. Məğlubiyyətə görə məsuliyyəti futbolçu olaraq üzərimə götürürəm”.

Qeyd edək ki, C Liqasının son tur matçında Azərbaycan yığması səfərdə İsveçə 0:6 hesabı ilə uduzub.

Избранный
39
8
futbolinfo.az

10Источники