RU

Pedri gələcəyi haqda söhbət açdı

“Barselona”nın ispan mərkəz yarımmüdafiəçisi Pedri yeni müqavilənin imzalaması ilə bağlı klubla danışıqların təfərrüatını açıqlayıb.

Arena.az nüfuzlu italyan jurnalsit-insayder Fabritsio Romanoya istinadən, ispan futbolçunun bu barədə fikrini təqdim edir:

“Mənim agentlərim “Barselona” ilə yeni müqavilə üzrə danışıqlar aparır. Düşünürəm ki, hər şey yaxşı gedir. Hər şey gözlənildiyi kimi davam edir”, deyə gənc futbolçu vurğulayıb.

Xatırladaq ki, Pedri futbola “Teqeste” klubunda qədəm qoyub, buradan “Xuventud Laquna”ya keçib. Ardınca “Las Palmas”a yol tapmış Pedri burada təkmilləşib. İspan yarımmüdafiəçi “Barselona”ya elə, “Las-Palmas”dan 2020-ci ilin iyulunda icarə müqaviləsinin başa çatması ilə qoşulub. Pedrinin “blauqrana” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Pedri “Barselona”nın heyətində 17 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

Pedrinin “Barselona” karyerası ümumilikdə 160 oyun, 23 qol və 15 məhsuldar ötürmədən ibarətdir.

Pedri 2021-ci ilin mart ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 30 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Pedrinin qənimətlər muzeyində “Barselona” ilə İspaniya La Liqası çempionluğu (2022/2023), İspaniya Kral Kuboku (2020/2021), İspaniya Super Kuboku (2022/2023) var. Həmçinin Pedri İspaniya yığması ilə 2024-cü il Avropa çempionatının qalibi olub, eləcə də 2020-ci il Yay Olimpiya Oyunlarının futbol yarışında gümüş medal qazanıb.

“Transfermarkt” internet-portalı 21 yaşlı ispan mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Избранный
19
arena.az

1Источники