Rusiya və ABŞ arasında mövcud təhlükəsizlik xətti dondurulub.
Reyting.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.
Onun sözlərinə görə, Rusiya və ABŞ arasında Kubadakı raket böhranından sonra mövcud qaynar xəttdən hazırda istifadə edilmir:
“Bizim Rusiya və ABŞ arasında, iki prezidentin ünsiyyət saxlaması üçün xüsusi təhlükəsiz xəttimiz var. Üstəlik, hətta video rabitə üçün. Amma hazırda bu xətt dondurulub”.