RU

Ağdam tarixi şöhrətini tezliklə özünə qaytaracaq

Bakı. Trend:

Bu gün Ağdam rayonunun işğaldan azad edilməsinin 4-cü ili tamamolur. Vətən müharibəsinin başa çatmasından 10 gün sonra, 2020-ci ilnoyabrın 2-də Ermənistanın üzərinə götürdüyü öhdəliklərə uyğunolaraq qoşunlarının qalıqlarını Ağdamdan çıxarması Azərbaycanınnövbəti zəfəri oldu. Ağdamın bir güllə atılmadan, itki verilmədənazad olunması Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevinmühüm siyasi-diplomatik uğuru kimi tarixə düşdü. 27 illik işğaldansonra Ağdam azadlığına və doğma sahiblərinə qovuşdu.

Ağdam əhalisinin sayına görə işğaldan azad edilmiş rayonlarınarasında ən böyüyüdür. Qarabağ müharibəsində ilk şəhidlərimiz də burayonun sakinləridir. Azərbaycanda ən çox şəhidi olan da burayondur. Birinci Qarabağ savaşında Ağdamın ərazisinin 73 faiziişğal edilmiş, 128 min nəfər sakini məcburi köçkün həyatınıyaşamağa məcbur olmuşdu. BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü iliyulun 29-da qəbul etdiyi 853 saylı qətnamədə Ağdamın işğaledilməsi pislənilmiş, bu hadisədən narahatlıq ifadə olunmuşdu.Sənəddə işğalçı qüvvələrin Ağdam və digər işğal edilmiş Azərbaycanərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələbedilmişdi. Lakin məlumdur ki, Ermənistan beynəlxalq qərarlara tabeolmaqdan yayınaraq, digər qətnamələr kimi 853 saylı qətnamənin dətələblərini yerinə yetirmədi. Təəssüf ki, beynəlxalq münasibətlərinayrı-ayrı subyektləri BMT qətnamələrinin tələblərinin yerinəyetirilməsində qəti mövqe ortaya qoymadılar, yaxud, Fransa kimidövlətlər öz riyakarlıqları ilə Ermənistanın işğal siyasətinədəstək verdilər.

Qeyd etmək lazımdır ki, Ermənistan tərəfi Qarabağda müharibəninyenidən başlayacağı təqdirdə Azərbaycan Ordusunun əsasən Ağdamistiqamətindən hərbi əməliyyatlara başlayacağını ehtimal edirdi.Ona görə bu istiqamətdə bir neçə mərhələli güclü müdafiə mövqeləriyaratmışdı. Lakin Vətən müharibəsi zamanı Prezident İlham ƏliyevinAli Baş Komandanlığı ilə Azərbaycan Ordusu olduqca düzgün taktikaseçdi və bu, ermənilərin bütün ehtimallarını alt-üst edərək,müharibənin gedişinə öz təsirini göstərdi. Azad edilməsindən cəmi 3gün sonra – 2020-ci il noyabrın 23-də Ağdama səfər edərək buradaAzərbaycan bayrağını ucaldan Prezident İlham Əliyev bununla bağlıdeyib: «Burada beş müdafiə xətti var. Düşmən bizi buradangözləyirdi. Biz imkan verə bilməzdik ki, düşmənin gözlədiyi yerdənhücuma keçək. Biz bu istiqamətdə kifayət qədər böyük hərbi birləşməsaxlamışdıq ki, düşmənin hərbi qüvvələri də burada qalsın, başqayerə getməsin. Füzulini, Hadrutu, Xocavənd rayonunun böyükhissəsini və Şuşanı azad edəndən sonra təbii ki, biz artıq Ağdamşəhərinə istiqamət götürmüşdük və əmr verilmişdi ki, növbətiistiqamət Ağdamdır».

Bəli, Şuşadan sonra Ağdamın işğaldan azad edilməsi an məsələsiidi. Əgər 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktınaimza ataraq Prezident İlham Əliyevin şərtlərini qəbul etməsəydi,Ağdamdakı bütün erməni hərbi birləşmələri məhv ediləcəkdi.Beləliklə, Prezident İlham Əliyevin Ali Baş Komandan kimi Vətənmüharibəsində həyata keçirdiyi düzgün hərbi strategiya nəticəsindəAğdam işğaldan döyüşsüz azad edildi.

Hələ sovet illərində Ağdam Azərbaycanın ən şöhrətlirayonlarından biri kimi fərqlənib. Lakin ermənilər işğal dövründədigər şəhər və rayonlarımız kimi Ağdamda da insanlığa ləkə olanvandalizm aktları törədiblər. Qafqazın Xirosimasına çevrilən Ağdamşəhərindən, habelə rayonun kəndlərindən əsər-əlamət qalmayıb. Ağdamşəhərindəki yeganə qalmış məsciddən isə ermənilər hərbi məqsədlərüçün istifadə ediblər. Düşmən Ağdamda xalqımızın mədəni və diniirsinə qarşı da vandallıq edib, tarixi Azərbaycan torpaqlarınınerməniləşdirilməsi üçün görünməmiş vəhşiliklər törədib. Artıq Ağdamazaddır və düşmənin vurduğu yaralar sürətlə sağalır. 2020-ci ilnoyabrın 23-də Ağdama səfəri zamanı Prezident İlham Əliyev demişdi:«Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik.Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttəki, böyük zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzindəbirlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpasıişində də birlik, əzmkarlıq göstərəcəyik».

Xatırladım ki, Prezident İlham Əliyev azad edilmiş rayonlarınictimaiyyəti ilə görüşlərinə ilk olaraq Ağdamdan başlayıb. 2021-ciil may ayının 28-ə, Müstəqillik Gününə təsadüf edən həmin görüşzamanı həm də ermənilərin tamamilə dağıtdığı Ağdam şəhərinin təməliqoyulub. Ötən illərin mənzərəsi göstərir ki, cənab PrezidentinAğdamın bərpası ilə bağlı vədi layiqincə və qətiyyətlə gerçəkləşir.Müzəffər Ali Baş Komandan lider əzmi ilə bu rayonun tarixişöhrətini özünə qaytarır.

Bərpa edilən digər şəhər və rayonlarımız kimi Ağdamda da ilkolaraq enerji təchizatı infrastrukturları yaradılıb. Ağdamşəhərində “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları, “Qarabağ”Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi, “Ağdam”qovşaq yarımstansiyası istifadəyə verilib. O cümlədən indiyə kimirayonda “Aghdam City Hotel”in və Bərdə-Ağdam yolunun tikintisi,İmarət Kompleksinin bərpası başa çatdırılıb. Ağdam Cümə məscidiHeydər Əliyev Fondu tərəfindən bərpa olunub. Yeni yaradılan AğdamSənaye Parkı və onun ərazisində müxtəlif sənaye müəssisələri isəümumilikdə bütün Qarabağın iqtisadi inkişafına və əhalininməşğulluğunun təmin edilməsinə böyük töhfə verəcək.

Bütün bunlarla yanaşı indiyə qədər Ağdam şəhərində yaşayışkomplekslərinin, 1 saylı məktəbin yeni binasının, rayon mərkəzixəstəxanasının, “Park Forest Hotel Ağdam” mehmanxanasının, “İmarət”stadionunun, dəmir yolu və avtovağzal kompleksinin, AtçılıqNəsilartırma Mərkəzinin, Ağdam-Füzuli avtomobil yolunun, o cümlədənrayonun Xıdırlı, Kəngərli, Sarıcalı, Qiyaslı, Salahlı Kəngərli, BaşQərvənd, Tağıbəyli, Güllücə, Nəmirli, Şotlanlı, Eyvazxanbəylikəndlərinin təməlləri qoyulub.

Göründüyü kimi Ağdamın bərpası və quruculuğu istiqamətindəişlərin miqyası böyük və qürurvericidir. Ağdam üçün həm də yenitarix başlayıb. Xalqımız üçün kədərli olan Ağdamın işğalı tarixiartıq keçmişdə qalıb. İndi bizim üçün təqvimdə əlamətdar tarix - 20noyabr Ağdam Şəhər Günü var. Bu günü xalqımıza bəxş edən Prezident,Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağın bu dilbər güşəsinəhəm də yeni həyat bəxş edir. Ən müasir standartlar səviyyəsindəbərpa olunan Ağdam tezliklə tarixi şöhrətini özünə qaytaracaq vəAzərbaycanın füsunkar bölgələrindən birinə çevriləcək.

Xanlar Fətiyev,

Milli Məclisin deputatı

Избранный
38
1
az.trend.az

2Источники