İsrailin baş naziri Benyamin Netanyahu Qəzzanın mərkəzinə səfər edib.
Azpost.info bildirir ki, İsrail mediasının məlumatına görə, Baş nazir burada HƏMAS-ın zolağı idarə etməyəcəyinə söz verib, israilli girovlara zərər verən hər kəsin ağır bədəl ödəyəcəyini bildirib. Netanyahu istənilən hər girova görə, Qəzza sakinlərinə 5 milyon dollar təklif edib.
Netanyahunu İsrailin müdafiə naziri İsrael Katz, Müdafiə Qüvvələrinin komandanı Herzi Halevi və Şin Bet (Ümumi Təhlükəsizlik Xidməti) rəhbəri Ronen Bar müşayiət edib.