RU

Argentina BMT-nin Livandakı sülhməramlı kontingentindən hərbçilərini çıxaracaq

Argentina hökuməti öz hərbçilərini BMT-nin Livandakı Müvəqqəti Qüvvələrindən çıxarmaq qərarına gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Məlumata görə, 10 min nəfərlik beynəlxalq kontingentə 48 ölkədən əsgər və zabitlər, o cümlədən Argentina ordusunun üç hərbçisi daxildir. Müvəqqəti Qüvvələrin rəsmi nümayəndəsi Argentina hakimiyyətinin bu qərarının səbəblərini şərh etməkdən imtina edib.

Qeyd edək ki, İsraillə “Hizbullah” hərəkatı arasında son iki ayda gedən döyüşlərdə 20-dən çox sülhməramlı yaralanıb.

Избранный
46
4
ikisahil.az

5Источники