RU

Azərbaycan, Türk dövlətləri və COP29: Yaşıl Enerjiyə doğru birgə addımlar – ÖZƏL

"COP29 tədbirinin keçirilməsi Azərbaycanın qlobal əhəmiyyətli rolunu artıracaq bir amildir. Bu tədbir Birləşmiş Millətlər Təşkilatının demək olar ki, həm iştirakçılar baxımından, həm də səviyyə cəhətindən ən böyük tədbir hesab olunur. Burada əsasən dövlət başçıları iştirak edirlər. Azərbaycanın ev sahibi kimi tədbiri çox möhtəşəm şəkildə təşkil etdi".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:

"Azərbaycanda keçirilən tədbirdə Türk dövlətləri də çox fəal şəkildə iştirak etdilər. Demək olar ki, bütün Türk dövlətləri birinci şəxs timsalında tədbirə qatıldılar və tamamilə mühüm təkliflərlə çıxış etdilər. Həmin Türk dövlətlərinin içərisində, Azərbaycanın qardaş ölkələri olan Qazaxıstan və Özbəkistan xüsusi seçilirdi. İstər Kasım-Jomart Tokayev, istərsə də Şavkat Mirziyoyev aktiv şəkildə tədbirdə iştirak etdilər. Onların nümayəndə heyətləri də müxtəlif səviyyəli təkliflər təqdim etdilər. Azərbaycan, Özbəkistan və Qazaxıstan dövlət başçıları arasında imzalanmış saziş, şübhəsiz ki, türkdilli ölkələrin, həmçinin bu üç ölkənin yaşıl enerjiyə keçidinin təməlini qoydu. Yaşıl enerjiyə keçid üçün üç dövlət arasında mühüm işbirliyi imzalanacaq və mərhələli şəkildə bu məsələ digər Türk dövlətlərini də əhatə edəcək. Bu, ölkələrdə qeyri-neft sektorunun inkişafına əsaslı şərait yaradacaq, həmçinin texnoloji üstünlüklərə gətirib çıxaracaq. Məhz bu yolla getməklə gələcəkdə yeni iqlim, ekoloji təhlükəsizliklə bağlı sazişlərin imzalanması Türk dövlətlərində ümumi şəkildə ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edəcək amildir ki, məhz üç ölkənin, yəni Azərbaycan, Qazaxıstan və Özbəkistanın imzaladığı saziş də məhz bu prosesin başlanğıcını qoydu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
23
olaylar.az

1Источники