RU

“Bizim məsələmiz kimlərlədir, deyim”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Bizim problemimiz işğal siyasəti ilə coğrafiyamızı xaosa və qeyri-sabitliyə sürükləyənlərlədir” dedi.

  Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən G20 Liderlər Zirvəsindəki görüşlərini başa vurduqdan sonra təşkil edilən mətbuat konfransında R.T.Ərdoğan deyib: “2008-ci ildən bəri G20 sammitlərində iştirak edirəm. Dünyamızın eyni anda birdən çox müharibə, soyqırım və humanitar faciə ilə mübarizə apardığı bir dövrü xatırlaya bilmirəm. Xüsusilə, Qəzzada aclıq riski beynəlxalq təsnifatlara görə, fəlakətli həddə çatıb. Qəzzanın əhalisinin 96 faizi - 2 milyondan çox adam sağlam qida və su əldə edə bilmir. İsrail hökuməti təkcə bizim deyil, açıq hava həbsxanasına çevirdiyi Qəzzaya humanitar yardımların girməsinə mane olmaqla insanlığa qarşı cinayət törədir. Bunu BMT və bir çox beynəlxalq qurum da deyir. 14 aydır, bir kasa yemək və ya bir qurtum su almaq üçün həyatlarını riskə atan uşaqların faciəsini ürək ağrısı ilə izləyirik. İsrailin hücumlarında həyatını itirən təxminən 50 min fələstinlinin 70 faizindən çoxu qadın və uşaqlardır.

  Livandakı təhlükəli eskalasiya ilə bağlı da dərin narahatlıq keçiririk.

  Qəzzaya humanitar yardımın çatdırılması qarşısındakı maneələrin aradan qaldırılması çağırışını ən yüksək səviyyələrdə səsləndirmişik.

  Bizim heç bir ölkə, xalq və ya inancla işimiz yoxdur. Bizim problemimiz qırğınlara qarşıdır. Bizim məsələmiz ölkəsinin və vətəndaşının təhlükəsizliyini daha çox günahsız qan tökməklə istəyənlərlədir. Bizim işimiz coğrafiyamızı işğal siyasəti ilə xaos və qeyri-sabitliyə sürükləyənlərlədir.

  İsrailə silah-sursat göndərilməsinin dayandırılmasını tələb edən məktub 52 ölkə və 2 beynəlxalq təşkilatın birgə imzası ilə Birləşmiş Millətlər Təşkilatının sənədi olaraq yayınlandı.

  Fələstin dövləti tanınmalıdır, xüsusilə bu dövrdə və daha çox ölkə tərəfindən."

  Türkiyə prezidenti R.T.Ərdoğan mətbuat konfransından az sonra vətənə qayıdıb.



Избранный
10
29
trt.net.tr

10Источники