RU

Tramp türk həkimə mühüm vəzifə verir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp federal səhiyyə xidmətləri olan "Medicare" və "Medicaid"in direktoru vəzifəsinə həkim Mehmet Özün namizədliyini irəli sürdüyünü açıqlayıb.

Olaylar bildirir ki, Tramp bu haqda açıqlamanı "Truth" sosial media platformasındakı hesabında verib.

Tramp ABŞ-ın ciddi bir səhiyyə böhranı ilə üzləşdiyini və bu problemlərlə məşğul olmaq üçün Özdən daha ixtisaslı həkimin olmadığını bildirib.

Dr. Özün Harvard Universiteti ilə başlayan təhsil həyatına və karyerasına toxunan Tramp, Özün ABŞ səhiyyə sistemində bir çox problemi həll edə biləcəyini vurğulayıb.

Qeyd edək ki, ABŞ-da "Medicare" 65 yaşdan yuxarı yaşlılara tibbi xidmət göstərən federal tibbi sığorta qurumudur. "Medicaid" isə aşağı gəlirli ailələrə tibbi sığorta xidmətləri göstərən qurumdur.

ABŞ hökuməti 2023-cü ildə "Medicaid" proqramı çərçivəsində 860 milyard, "Medicare" çərçivəsində isə 848 milyard dollar xərcləyib. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
16
4
olaylar.az

10Источники