Bakı. Trend:
Azərbaycan vasitəsi ilə İran və Rusiyanın elektrik şəbəkəsininbirləşdirilməsi əlaqələri və əməkdaşlığı daha da gücləndirəcək.
Trend-in məlumatına görə,bunu 19 noyabrda Tehranda İranın energetika naziri Abbas ƏliabadiRusiyanın energetika naziri Sergey Tsivilevlə görüşdən sonraverdiyi açıqlamada deyib.
Onun sözlərinə görə, uzun illərdir elektrik şəbəkəsininbirləşdirilməsi və sinxron edilməsi ilə əlaqədar təkliflər irəlisürülüb. İran və Rusiyanın hər ikisinin böyük elektrik şəbəkəsivar. Bu iki ölkənin elektrik şəbəkələrinin birləşdirilməsi regiondaböyük elektrik şəbəkəsi yarada bilər ki, digər ölkələr də ondanfaydalana bilsinlər.
Əliabadi deyib ki, bu gün rusiyalı həmkarı ilə iki ölkəninelektrik şəbəkəsinin birləşdirilməsi istiqamətində ətraflımüzakirələr aparılıb. Rusiya tərəfi bu sahədə lazımi əməkdaşlıqetməyə hazır olduğunu elan edib.
İranlı nazir qeyd edib ki, İranın hazırda qonşu ölkələrləbirbaşa elektrik əlaqələri var və bu əlaqələri inkişaf etdirməkniyyətindədir.
“İranın elektrik şəbəkəsinin gərginlik səviyyəsi 400kilovoltdur. İran elektrik nəqlində itkinin azaldılması məqsədiləgərginlik səviyyəsini artırmaqda maraqlıdır. Elektrikin başqaölkələrə nəql olunması üçün gərginlik səviyyəsi artırılmalıdır”, -deyə o qeyd edib.
Rusiyanın energetika naziri Sergey Tsivilev də Rusiyanın İranlaəməkdaşlığı artırmağa maraqlı olduğunu qeyd edib və bildirib ki,Rusiyanın İranla çoxlu sayda müştərək layihələri vardır. elektrikenerjisindən istifadə üçün yeni strategiya tənzimlənməlidir.Təchizatların, o cümlədən qaz turbinlərinin təmin olunmasıistiqamətində ehtiyacların aradan qaldırılması üzrə İranla texnikibiliyin mübadiləsi Rusiyanın proqramına daxildir.
Qeyd edək ki, İran, Azərbaycan və Rusiya arasında Şimal-Cənubenerji dəhlizinin yaradılması layihəsi üzərində işlər aparılır.Məqsəd üç ölkənin elektrik şəbəkələrinin sinxron edilməsidir. Bulayihə ilə bağlı lazımi layihələndirmə işlərini İranın “Monenko”Şirkəti həyata keçirib.