RU

Devid Kennet Krimer: "Yeni yeraltı su mənbələri aşkar etmək lazımdır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İnkişaf etməkdə olan ölkələrdə bir çox problem su ilə bağlıdır, ya su qıtlığı var, ya da su keyfiyyətsizdir. Bu problemləri həll etmək üçün müxtəlif yanaşmalar tətbiq oluna bilər".
Oxu.Az xəbər verir ki, bu sözləri ABŞ-li mütəxəssis, hidrologiya üzrə professor Devid Kennet Krimer jurnalistlərə açıqlamasında deyib.
O vurğulayıb ki, yeni yeraltı su mənbələri aşkar etmək lazımdır:
"Peyk təsvirləri və dronlar kimi müasir texnologiyalarla dayaz yeraltı su mənbələrini effektiv şəkildə tapmaq mümkündür. Bu vasitələr artıq Afrikadakı ölkələrdə öz səmərəliliyini sübut edib. Mövcud yeraltı su resurslarının daha yaxşı idarə edilməsi uzunmüddətli təminatı qorumaq üçün vacibdir. Su resurslarını paylaşan ölkələr arasında əməkdaşlıq çərçivələri bərabər və davamlı su istifadəsi üçün mühüm rol oynayır".
Mütəxəssis qeyd edib ki, yeraltı suların keyfiyyətinin monitorinqi və nümunə götürülməsi, səth suları ilə müqayisədə daha az inkişaf etdirilmiş sahədir və bu sahədə ciddi irəliləyişə ehtiyac var:
"Su keyfiyyəti haqqında məlumatların açıq şəkildə paylaşılması məqsədli fəaliyyətləri təşviq edə və kollektiv həll yollarını asanlaşdıra bilər".
Məhərrəm Əliyev
Избранный
92
50
oxu.az

10Источники