RU

Çin Müdafiə Nazirliyinin rəhbəri Pentaqon rəhbəri ilə görüşməkdən imtina edib

Lloyd Ostinin Laosda keçiriləcək ASEAN Plus Müdafiə Nazirləri Toplantısında çinli həmkarı ilə görüşməyi planlaşdırdığı bildirilir.

Editor.az CNN-ə istinadla xəbər verir ki, iki nazir arasında görüş ABŞ və Çin Xalq Respublikası arasında hərbi kommunikasiya xətlərinin saxlanması səyləri çərçivəsində planlaşdırılıb.

“Çin bu təklifi qəbul etməyib”, – telekanalın açıqlamasında deyilir. Nəşrin müəllifləri vurğulayırlar ki, Çinin imtinasına səbəb ABŞ silahlarının Tayvana satılmasıdır.

Bundan əvvəl Çin prezidenti Xi Jinping Limada Amerika prezidenti Co Baydenlə görüşündə Tayvanda separatçı fəaliyyətlərin bu regionda sülh və sabitliklə bir araya sığmadığını bildirib. O vurğulayıb ki, ABŞ regionda sülhü qorumaq istəyirsə, Tayvan məsələsinə diqqətlə yanaşmalı, Tayvanın müstəqilliyinə qarşı çıxmalı və Çinin sülh yolu ilə birləşməsini dəstəkləməlidir.

//Gülnarə Abasova, Editor.az

Избранный
26
2
editor.az

3Источники