RU

Azərbaycan yığması ən çox qol buraxan iki komandadan biridir

Azərbaycan yığması cari mövsüm UEFA Millətlər Liqasının qrup mərhələsində ən çox qol buraxan iki komandadan biridir.

Bakıvaxtı.az xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv Bosniya və Herseqovina ilə birlikdə 6 matçda 17 top buraxıb.

C Liqasının 1-ci qrupunda yer alan yığmamız İsveçə 1:3, 0:6, Slovakiyaya 0:2, 1:3, Estoniyaya isə 1:3 hesabı ilə uduzub. Milli yalnız Qəbələdə estonlarla qolsuz heç-heçə edib.

Bosniya və Herseqovina isə Niderlanda 2:5, Almaniyaya 0:7, 1:2, Macarıstana 0:2 hesabı ilə uduzub. Bosniyalılar macarlarla (0:0) və Niderlandla (1:1) heç-heçə edib.

Turnir tarixinin antirekordu isə Cəbəllütariqə məxsusdur. "Cırtdan ölkə" 2022/2023 mövsümündə qapısında 18 qol görüb.

Избранный
17
5
bakivaxti.az

6Источники