RU

Tikinti materiallarının istehsalı 20 faizədək artıb

Fins.az - 2024-сü ilin yanvar-oktyabr aylarında ölkədə 1172,6 milyon manat dəyərində tikinti materialları istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,6 faiz çoxdur.

Tikinti materiallarının istehsalı üzrə göstəricilər:

Sementdən, betondan kərpiclər və oxşar məmulatlar – 128,2 min ton (+52,8 faiz)

Beton – 4 194,9 min ton (+31,6 faiz)

Betondan yığma tikinti konstruksiyaları – 30,6 min kubmetr (+24,4 faiz)

Sement klinkerləri – 3 707,4 min kubmetr (+18,2 faiz)

Tikinti gipsi – 81,3 min ton (+16,8 faiz)

Tikinti şüşəsi – 8 427,6 min kvadratmetr (+12,9 faiz)

Sement – 3 421,0 min ton (+11,2 faiz)

Asfalt –76 min ton (+10,6 faiz)

Tikinti kərpicləri – 505,5 min kubmetr (+3,9 faiz)

Избранный
10
1
fins.az

2Источники