RU

Trampın Rusiyaya qarşı sanksiya planları bəlli oldu

Tramp Ukraynada nizamlanma zamanı Rusiyaya qarşı sanksiyaları yumşalda bilər.

Turkustan.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsihəll olunarsa, Rusiyaya qarşı sanksiyaların bir qismini ləğv edə və ya yüngülləşdirə bilər. Bu barədə "TASS" ilə söhbətində yeni seçilmiş prezidentin nümayəndəsi danışıb .

Onun sözlərinə görə, Tramp administrasiyası Rusiya ilə münasibətlərdə vəziyyəti yumşalda bilər, lakin bu yanaşma Ukraynaya münasibətdə tətbiq olunacaq. O, qeyd edib ki, yeni prezident birtərəfli hərəkət etmək fikrində deyil, amma Rusiyanın atdığı addımlara daha çox diqqət yetirir.

Agentliyin həmsöhbəti əlavə edib ki, Tramp “ABŞ Dövlət Departamentindən yan keçməklə” Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski ilə birbaşa danışıqlar aparmağa cəhd edə bilər.

Qeyd edək ki, Donald Trampın andiçmə mərasimi 20 yanvar 2025-ci ildə keçiriləcək. O, noyabrın 5-də keçirilən seçkilərdə Demokratlar Partiyasının namizədi Kamala Harrisi məğlub edib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
20
turkustan.az

1Источники