RU

​"Qalatasaray"da daşlar yerindən oynayacaq -

"Mançester Yunayted"in "Qalatasaray"da icarə əsasında çıxış edən Viktor Osimheni heyətinə qatmaq üçün çılğın plan qurduğu məlum olub. Metbuat.az xəbər verir ki, "Mançester Yunayted" Osimheni mövsümün fasiləsində heyətinə cəlb etmək istəyir. Məlumata görə, "Mançester Yunayted" nigeriyalı hücumçunu 75 milyon avro olaraq təyin olunan hazırkı sərbəst qalma məbləğindən xeyli aşağı qiymətə almaq üçün plan hazırlayıb. İngilis komandası Osimheni transfer edə bilmək üçün “Napoli”yə hücumçu Zirkzeeni və üstəlik pul vermək istəyir.

Onların ilkin təklifi nəğd olaraq 30 milyon avro və üstəlik hücumçunu “Napoli”yə vermək olub. Məbləğin artıralacağı təqdirdə “Napoli”nin təklifə razılıq verə biləcəyi deyilir.

Избранный
8
1
metbuat.az

2Источники