RU

Rusiyaya xəbərdarlıq etmişdik... - Miller

ABŞ hakimiyyəti Kremlin nüvə doktrinasındakı dəyişikliklərə reaksiya verməyi planlaşdırmır və NATO-nun Rusiya üçün təhdid yaratdığına inanmır.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller bildirib.

“Biz nüvə qüvvələrimizdə hər hansı bir dəyişikliyə ehtiyac görmürük, lakin Rusiyanı müharibə ritorikasını və məsuliyyətsiz davranışlarını dayandırmağa çağırmağa davam edəcəyik. Nə ABŞ, nə də NATO Rusiya üçün heç bir təhlükə yaratmır”, - Miller bildirib.

O həmçinin Kremlin nüvə silahına dair doktrinanı dəyişmək qərarına təəccüblənmədiyini qeyd edib:

“Rusiyanın nüvə doktrinasını yeniləyəcəyi açıqlaması bizi təəccübləndirmədi. Bu, daha çox Rusiyanın son iki ildə gördüyümüz eyni məsuliyyətsiz ritorikasına bənzəyir. Rusiyanın Ukraynaya qarşı döyüşdə Şimali Koreya əsgərlərindən istifadə etməsi onun Ukraynaya qarşı müharibəsinin əhəmiyyətli dərəcədə genişlənməsini ifadə edir və biz ABŞ-ın cavab verəcəyi barədə xəbərdarlıq etmişdik”.

Избранный
10
axar.az

1Источники