RU

DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR - Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? (Araşdırma)

Vahid Məhərrəmli: “Monopolistlər hazırda badamı sahibkardan aldıqlarından iki dəfə baha qiymətə satırlar”

“Ölkəmizə badam idxalını 50 faizə qədər azaltmışıq. 2024-cü ildə isə yalnız bizim bağ bütün Azərbaycanın istehlak həcmini qarşılaya biləcək. Digər bağlardan alacağımız badamları da emal edib ixrac edəcəyik”.

Bunu 2 il əvvəl - 3 avqust 2022-ci il tarixində “Azbadam” MMC-nin icraçı direktoru Anar Ağayev Prezident İlham Əliyevə məruzəsində demişdi. Zavodun 2024-cü illə bağlı hədəflərinə çatıb-çatmadığı məlum deyil, çünki bu barədə “Azbadam” MMC-nin açıqladığı yeni məlumatlara rast gəlmədik. Amma Azərbaycanda badam bağları salmış sahibkarların durumu heç də ürəkaçan deyil. Onların çox ciddi problemləri var, bəziləri hətta min bir əziyyətlə yetişdirdikləri badam bağlarını məhv etməyə, əvəzində başqa meyvə bağları salmağa başlayıblar. Halbuki, bu bağların salınmasına bəzi hallarda külli miqdarda dövlət vəsaiti də xərclənib. Bu isə o deməkdir ki, yalnız fermerlərin bu bağların salınmasına yatırdıqları böyük investisiyalar, illərlə çəkdikləri əziyyət deyil, həm də dövlətin ayırdığı subsidiyalar da səmərəsiz xərclərə, itirilmiş vəsaitə çevrilir. Ancaq qəribədir ki, dövlət qurumları prosesi laqeydcəsinə seyr etməklə məşğuldurlar.

Bəs sahibkarların badam bağlarını məhv etməsinə səbəb olan problem nədir?

Badam əkən sahibkarlar çarəsiz durumdadırlar

Qeyd edək ki, dövlət, Kənd Təsərrüfatı Nazirliyinin timsalında ölkədə badam bağlarının salınmasını təşviq edir. Hazırda yeni salınan badam bağının hər hektarına görə 3000 manat əkin subsidiyası verilir. Sonrakı illərdə də subsidiyalaşma hər hektara 800 manatdan davam etdirilir. Bu məbləğ təbii ki, sahibkara böyük dəstək olur.

Избранный
30
azpolitika.info

1Источники