RU

"Barselona"dan Məhəmməd Salah qərarı

"Barselona" "Liverpul"un hücumçusu Məhəmməd Salahın transferindən imtina edib.

Publika.az xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb.

Kataloniya klubunun rəhbərliyi Salahın transferinin eyni mövqedə stabil oyunçuya çevrilmiş gənc Lamin Yamalın inkişafına mane olacağından ehtiyat edir. Eyni zamanda braziliyalı cinah oyunçusu Rafinyanın durumu da onları məmnun edir.

Qeyd edək ki, Məhəmməd Salahın 2025-ci ilin yayında azad agent kimi "Barselona"ya keçəcəyi bildirilirdi.

Избранный
20
1
publika.az

2Источники