RU

MİT boz siyahıda olan terrorçunu ələ keçirib

Bakı, TurkicWorld

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT), terror axtarış siyahısında boz kateqoriyada olan Maoist Kommunist Partiyası (MKP) üzvü Kadir Çeliki uğurlu əməliyyatla ələ keçirərək Türkiyəyə gətirib.

TurkicWorld xəbər verir ki, Çelik, Yaxın Şərq ölkələrindən birində həyata keçirilən gizli əməliyyatla ələ keçirilərək, Türkiyədəki təhlükəsizlik qüvvələrinə təhvil verilib.

Kəşfiyyat məlumatlarına görə, Kadir Çelik 2011-2016-cı illər arasında İstanbulda MKP-nin qeyri-qanuni strukturlarında iştirak edib. Bu dövrdə Okmeydanında təşkil edilən molotof kokteyli hücumu daxil olmaqla bir sıra cinayətkar fəaliyyətlərdə iştirak edib.

2016-cı ildə Çelik, terror fəaliyyətlərini davam etdirmək məqsədilə Şimali İraq ərazisinə köçüb. Burada PKK ilə əməkdaşlıq çərçivəsində təşkilatın düşərgələrində "sui-qəsd təlimləri" aldığı və müxtəlif silahlı əməliyyatlara qatıldığı müəyyən edilib. 2018-ci ildə isə Suriyanın şimalına keçərək PKK ünsürləri ilə koordinasiyalı fəaliyyətlər həyata keçirmişdir.

Türkiyəyə gətirilən Çelik barəsində hüquqi proseslər davam etdirilir.

Избранный
16
2
turkic.world

3Источники