RU

Veçoviç uğura inanır: “Hələ 12 xal qazana bilərik”

“Qarabağ”ın müdafiəçisi Marko Veşoviçin futbolinfo.az saytına müsahibəsi

– Milli komandalara görə yaranan fasilədən “Qarabağ” necə istifadə edir, hazırlıqlar hansı səviyyədədir?

– Məşqlər çox yaxşı gedir. Biz növbəti matçlara çox gərgin şəkildə hazırlaşırıq. Zədədən sonra özümü də çox yaxşı hiss edirəm.

– Monteneqro yığmasına dəvət almamısan. Komandanızın vəziyyəti necədir (müsahibə Monteneqro – Türkiyə (3:1) oyunundan əvvəl alınıb)?

– Biz 7 oyun ardıcıl məğlub olmuşuq. Komandamızda ab-hava heç də yaxşı deyil. Ümid edirəm ki, Türkiyə yığması ilə matçda yaxşı nəticə əldə edəcəyik.

– “Qarabağ”ı milli fasilədən sonra Avropa Liqasında çətin sınaq gözləyir. Evdə Lion “Olimpik”i ilə üz-üzə gələcəksiz. Bu matça necə hazırlaşmısız?

– Hər zaman ciddi şəkildə hazırlaşırıq. Avropa Liqası matçına da təbii ki, ciddi yanaşırıq, bu matçın bizim üçün vacib olduğunu dərk edirik.

– Səncə, Avroliqada ikinci qələbənizi qazana biləcəksiz?

– Burada yüksək səviyyəli rəqiblər var və hər oyun çətindir. Fransa klubu həm səviyyəsinə, həm adına görə güclü rəqibdir. Amma biz onlara qarşı yaxşı oyun göstərmək istəyirik. Öz azarkeşlərimiz önündə qələbə qazanmaq niyyətindəyik.

– Ötən tur səfərdə güclü rəqibləri üzərində qələbə qazanan “Bodo Qlimt”ə qalib gəldiniz. Siz bu qələbəni gözləyirdiz, bu qalibiyyət sizə motivasiya verəcək?

– Biz hər oyunda qələbə üçün meydana çıxırıq və heç bir qalibiyyət bizim üçün gözlənilməz deyil. Norveçlilərə qarşı oyunumuz çox çətin oldu. Amma biz qələbə və 3 xal əldə edə bildik. Bu, növbəti oyunlara motivasiya üçün yaxşı qələbə idi.

– Liqa mərhələsinin bitməsinə 4 oyun var. Növbəti raunda vəsiqə qazanmaq mümkün olacaq?

– Düşünürəm ki, bəli. Hələ potensial olaraq 12 xal qazana bilərik. Heç zaman nə baş verəcəyini bilmək olmaz, digər oyunlarda da nə baş verəcəyini proqnozlaşdırmaq mümkün deyil. Biz öz işimizi görməyə davam edəcəyik.

ABBAS

Избранный
33
futbolinfo.az

1Источники