RU

Çinin daha iki şirkəti ilə anlaşma memorandumu imzalanıb (FOTO)

Bakı. Trend:

COP29 çərçivəsində Energetika Nazirliyi, Çinin “China SouthernPower Grid International (Hong Kong) Co.,Ltd” və “PowerchinaHuadong Engineerıng Corporation Limited” şirkətləri arasında enerjisaxlanması sahəsində Anlaşma Memorandumu imzalanıb.

Trend xəbərverir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sənəd nasoslu hidroakkumulyasiya sistemi (PHS),batareya enerji saxlama sistemi (BESS), yüksək gərginlikli birbaşacərəyan ötürmə sistemi (HVDC) və digər alternativ enerji ötürmə,paylama, şəbəkə rəqəmsallaşdırma texnologiyaları kimi sahələrdəəməkdaşlığı nəzərdə tutur. Memoranduma əsasən, həyata keçiriləcəkfəaliyyətlərin səmərəliliyini təmin etmək, koordinasiyanıgücləndirmək və proseslərə nəzarət məqsədilə İdarəetmə Komitəsi vəİşçi qrupu yaradılacaqdır.

İmzalanma mərasimindən əvvəl energetika naziri Pərviz Şahbazovlaşirkətlərin vitse-prezidentləri Fan Yaliang, Liu Shaoquan və ZhuBonun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş dəolub.

Görüşdə Azərbaycan və Çin arasında strateji tərəfdaşlıqmünasibətlərindən bəhs edilərək, Memorandum çərçivəsində bərpaolunan enerji və enerji saxlanması texnologiyaları sahəsindəəməkdaşlığın perspektivləri müzakirə edilib. Azərbaycanın yaşılenerji istehsalını artırmaq, regionda və dünyada enerjidəhlizlərinin inkişafını təşviq etmək üzrə səyləri qeyd edilib. Çinşirkətlərinin bu prosesdə iştirakı müasir texnologiyaların tətbiqivə innovativ həllərin inteqrasiyası kontekstindədəyərləndirilib.

Çinin
Çinin
Çinin
Çinin
Məqalədə:
Избранный
10
11
az.trend.az

10Источники