RU

Emissiyaları 2030-dək azaltmaq lazımdır - UNEP

Bakı. Trend:

Emissiyaları 2030-dək azaltmaq lazımdır.

Trend xəbərverir ki, bu barədə BMT ətraf mühit proqramının (UNEP) icraçıdirektoru İnger Anderson Yaşıl tikinti və binalarda enerjisəmərəliliyi və şəhərlərdə iqlimə davamlılıq mövzusunda YüksəkSəviyyəli Dəyir Masada çıxışı zamanı deyib.

O qeyd edib ki, hazırda iqlim trayektoriyamızın yanlışistiqamətdə getdiyini başa düşsək, 2023-cü ildə istixana qazıemissiyalarında artımının 1,3 faiz olduğunu görərik.

"Burada tikinti sektoru çox vacibdir, çünki bu, istixana qazıemissiyalarına 21 faizini təşkil edir. Bu rəqəmin üçdə ikisi bizimyaşadığımız, mövcud olduğumuz yaşayış sektorunda baş verir. Bunagörə bizim üzərimizə çox iş düşür. Müəyyən edilmiş mənzil vəinfrastruktur ehtiyatı və iqlimə daha uyğun olması üçün onu yenidəntəchiz etmək barədə düşünməliyik",- deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
16
az.trend.az

1Источники