RU

Növbəti il mədəniyyət sahəsinə ayrılan vəsait 60 milyon manat artırılır - Nazir

2025-ci il ölkədə mədəniyyət sahəsinə 635 milyon manat vəsait ayrılması nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 60 milyon manat çoxdur. Bunu maliyyə naziri Samir Şərifov "2025-ci il dövlət büdcəsi" haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib. 
 
O bildirib ki, növbəti il muzeylərin,qoruqların və bu sahədən olan digər sahələrin maliyyə təminatı üçün 242 milyon manat ayrılması nəzərdə tutulur. 
 
Növbəti il üçün gənclər siyasətinə 18 milyon manat ayrılması da planlaşdırılır. 
 
 Gülnar Nazimqızı 

www.anews.az
Избранный
7
anews.az

1Источники