Prezident İlham Əliyevin sərəncamı ilə ötən gün bir sıra məhkəmələrə hakimlər təyin edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakim təyin edilən Bəhruz Məhərrəmov Milli Məclisin əməkdaşıdır.
Hüquqşünas 1991-ci ildə anadan olub. O, parlamentdə Milli Məclis Sədrinin müavininin köməkçisi vəzifəsini tutur.
Bəhruz Məhərrəmov dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsinə malikdir.//Modern.az
![](http://cdn.qaynarinfo.az/2024-11/dc17631ce5248698a9a643f3d62aa4131732087719_bahruz_muslumov-jpg.jpg)