RU

Hərbi xidmətdən yayınan daha bir gənc həbs EDİLDİ

Azərbaycanda hərbi xidmətdən yayınan daha bir gənc cinayət məsuliyyətinə cəlb edilib.

Viral.az xəbər verir ki, hadisə Ağsu rayonunda baş verib.

Ağsu Rayon Məhkəməsinin 15 noyabr tarixli hökmü ilə rayon sakini 2006-cı il təvəllüdlü Həsən Əhmədova (ad-soyad şərti) 4 ay həbs cəzası verilib. O, Cinayət Məcəlləsinin 321.1-ci (hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsi ilə təqsirli bilinib.

Son Yazılar:

Araşdırmalar zamanı məlum olub ki, 2024-cü ilin aprelində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu Rayon Şöbəsi H.Əhmədova hərbi xidmətə getmək üçün çağırış vərəqi göndərib. O, tibbi müayinədən keçirilərkən sinəsində “ATA” ifadəsi yazılmış döymə aşkarlanıb. Bununla bağlı olaraq o, Mingəçevirdəki rayonlararası psixonevroloji dispanserə göndərilib. Buradakı müayinələr zamanı 18 yaşlı gəncin hərbi xidmətə yararlı olması və psixoloji probleminin olmadığı müəyyən edilib.

Daha sonra Həsən Əhmədov təyinatı üzrə hərbi hissəyə göndərilib. Lakin orada onurğa nahiyəsində skolioz şübhəsi ilə bağlı geri qaytarılıb. SHXÇDX-nin Ağsu Rayon Şöbəsinin əməkdaşları bu dəfə onu Bakıdakı xəstəxanaya apararaq müayinə etdirib. Burada da çağırışçının həqiqi hərbi xidmətə yararlı olmasına rəy verilib. Bundan sonra ona komissarlığın əməkdaşları tərəfindən həqiqi hərbi xidmətə çağırış vərəqəsi verilib və aprelin 30-u hərbi hissədə olması bildirilib.

Aprelin 29-da xidmət əməkdaşları telefon vasitəsilə H. Əhmədovla əlaqə saxladıqda o, qollarını ülgüclə doğradığını, qan içində olduğunu və hərbi xidmətə getmək istəmədiyini bildirib.

Bununla bağlı olaraq gənc yenidən müayinə etdirilib və qolunda kəsiklər aşkarlanıb.

Xidmət tərəfindən prokurorluğa müraciət edilib və faktla bağlı cinayət işi başlanıb.

Избранный
4
26
viral.az

10Источники