RU

Mediator peşəsi dövlətimizin də dəstəyi nəticəsində ölkəmizdə öz layiqli yerini tutacaq


85 nəfər azərbaycanlı peşəkar mediatorun da iştirak edəcəyi türkdilli dövlətlərin Mediatorların 1-ci Beynəlxalq Qurultayı mediasiya sahəsində ilk beynəlxalq tədbirlərdən hesab edilir.
Cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanunu, Qanunvericilikdən irəli gələn Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarlarının beynəlxalq sahədə mütərəqqi əsaslı hesab edilərək öyrənilməsini və digər ölkələr tərəfindən tətbiqinə başlanmasını görmək qürurvericidir.
Qısa müddətdə türkdilli dövlətlərin mediasiya icması da daxil olmaqla, beynəlxalq icmanın layiqli bir parçasına çevrilmək məhz Azərbaycan Respublikasının mediasiya qanunvericiliyindən irəli gələn mütərəqqi şərtlər çərçivəsində mümkün olmuşdur.
Mediasiya Şurası kifayət qədər ağır və ağır olduğu qədər də şərəfli bir yol keçib. Keçdiyimiz yolda mediasiyanın inkişafında dövlət xadimlərimiz başda olmaqla, mediasiya proseslərinin uğurlu tətbiqində peşəkar mediatorlarımızın böyük rolu və əməyi var.
Fəaliyyətimizə başdan dəstək olan, bizə inanan, güvənən hər kəsə dərin təşəkkür edirəm. Keçdiyimiz yol elə də asan olmayıb, təşkilatlanmaq, inzibatçılıq, peşəkar mediatorların yetişdirilməsi, eyni zamanda keyfiyətli barışıq sazişlərimizin sayının günbəgün artması məhz bizi əhatə edən ekosistem iştirakçılarının dəstəyi ilə mümkün olmuşdur.
Mediator peşəsi çox çətin və şərəfli peşədir. Bu peşə ölkəmizdə yeni və inkişaf etməkdə olan ən gənc peşələr siyahısındadır.
Mediator peşəsi dövlətimizin də dəstəyi nəticəsində ölkəmizdə öz layiqli yerini tutacaq və mediasiya prosesləri öz hədəfinə çatacaqdır.
Избранный
6
1
newscenter.az

2Источники