RU

Əhalinin banklardakı əmanətləri artıb, azalıb? - Rəsmi məlumat

Əhalinin banklardakı əmanətlərinin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz artaraq 2024-cü il oktyabr ayının 1-nə milli valyuta ekvivalentində 14164,0 milyon manat təşkil edib.

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında bildirilib.

Əhalinin banklardakı əmanətlərinin 66,0 faizi milli, 34,0 faizi xarici valyutada qoyulub. Xarici valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz, milli valyutada olan əmanətlərin məbləği isə 13,3 faiz artıb. 

Oktyabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 Avroya 1,85 (1,85) manata, 100 Türk lirəsinə 4,96 (5,24) manata, 100 Rus rubluna 1,77 (1,87) manata bərabər olub.

Избранный
11
modern.az

1Источники