RU

Dünya onu tanıyırdı, o isə fərqində deyildi: Əfsanəvi futbolçu yoxsulluq içində öldü

90-cı illərin əvvəllərində çıxan bir oyun bütün dünyada böyük marağa səbəb olub. İllər keçdikcə "Championship Manager" üçün maraq artmağa davam edib. Bu gün də Football Manager adı ilə varlığını davam etdirən əfsanəvi oyunun bəzi əfsanəvi personajları da var idi. Maksim Tsiqalko onlardan sadəcə biri idi...


News24.az xəbər verir ki, "Championship Manager" 01/02 seriyasında Tsigalko oyunçular üçün əvəzolunmaz simvolu olub. Mövsüm boyu onlarla qol vuracaq, asanlıqla zədə almayacaq, hər komandaya uyğunlaşacaq, liqadan asılı olmayaraq oynadığı komandanı qələbəyə aparacaqdı. İllər keçsə də, heç vaxt unudulmayıb, eynilə Temur Altunhan, Anatoliy Todorov və başqaları kimi...

Lakin Tsiqalkonun real həyatı tamam başqa məcrada keçib. Onun futbolçu karyerası qısa və uğursuz olub. Ölkəsinin “Dinamo Minsk” komandasında futbol oynamağa başlayan Tsiqalko oyunda parlayanda cəmi 18 yaşında idi. Lakin onun karyerası 2009-cu ildə, cəmi 26 yaşında olan zədədən sonra tamamilə başa çatıb.


Oyun personajı Tsiqalko hər kəsin ağzında idi. Lakin Belarusda yaşayan Maksim Tsiqalko haqqında çox məlumat yox idi. Uzun illər Tsiqalkonun həyatı haqqında heç nə yazılmayıb. Bir neçə il əvvələ qədər... 

Belə ki, Yunanıstanda yayımlanan “Gazzetta” Belarusa gedib, Tsiqalko ilə danışıb. Belarusiyalı futbolçunun həyatı dramla dolu idi. Yunan jurnalist Lefteris Danovasilis 2018-ci ildə Minskə gedib və onu tapıb. Tsiqalko kiminsə ondan müsahibə almağa gəldiyini görəndə həyəcanlanıb və xoşbəxtliyini gizlətməyib. Amma bir həqiqət var idi. Dünya Tsiqalko ilə kuboklar qazanarkən onun bundan xəbəri yox idi...

Tsiqalko, "Oyunla bağlı mənə heç kim məlumat verməyib. O vaxt mənim ölkəmdə heç kim bu oyunu bilməyib. İllər sonra bir rus jurnalisti mənə oyunun ən populyar futbolçusu olduğumu dedikdə şoka düşdüm:

"Mənə oyun haqqında məlumat verən olmadı. Mən, həqiqətən, oyunu bilmirdim, sonra ondan yaxşı pul qazana biləcəyimi düşündüm, amma artıq çox gec idi".


Utancaq xarakterə malik olan Tsiqalko futbolu niyə və necə tərk etdiyini açıqlayıb, daha sonra başına gələnlərdən danışıb. Bir müddət tikintidə işləyib, ancaq bədəni dözməyib.

Tsiqalko, "Futboldan təqaüdə çıxanda mənə heç kim zəng etmədi. İki uşağım var və tək istədiyim bir işimin olması idi. Xahiş edirəm bunu dünyaya elan edin, köməyə ehtiyacım var" ifadələrini işlətmişdi.

Tsiqalko müsahibə alındığı vaxt işsiz idi. O, Minsk küçələrində həyatın yükü altında qalıb, futboldan pul qazana bilmir, tikintidə işləyirdi. Bəlkə də ilk dəfə idi jurnalistlə danışırdı. Çarəsizlikdən kömək istədi...

Qeyd edək ki, Tsiqalko virtual mühitdə video oyunların populyarlıq qazanmağa başladığı illərdə məşhurlaşıb. Lakin onun özü də vəziyyətdən xəbərsiz olub. Bu gün olsaydı, milyonlarla izləyicisi olan bir sosial media fenomeni ola bilərdi.

Bütün dünyada pərəstişkarları olan bir əfsanə yoxluq içində ölüb getdi. İnsanlar onun hədəflərini kompüterdə qeyd edərkən, o, yaşamaq üçün mübarizə aparırdı... Tsiqalko 37 yaşında dünyasını dəyişdi.

Günel Məlikzadə

Избранный
21
news24.az

1Источники