RU

Ağ Ev rus ordsunun cəbhədə irəliləməsindən təşvişə düşüb – Bayden Ukraynaya minalar göndərməyə icazə verdi

ABŞ Prezidenti Co Bayden piyada əleyhinə minaların Ukraynaya göndərilməsinə icazə verib.

“AzPolitika” xəbər verir ki, bu barədə adı açıqlanmayan iki yüksək çinli məmura istinadən “The Washington Post” nəşri yazıb.

Mənbələrin məlumatına görə, ABŞ rəhbərliyi Ukrayna qoşunlarının müdafiəsini gücləndirmək üçün belə bir addım atıb. Çünki Ağ Ev son həftələrdə Rusiya ordusunun cəbhədəki irəliləməsindən hədsiz təşvişə düşüb və onlartı təcili ləngiməyə ehtiyac görüb. Bir mənbə nəşrə bildirib ki, tədarük edilən digər döyüş sursatları ilə birlikdə minalar daha effektiv müdafiəyə töhfə verəcək.

Həmsöhbətlərdən biri qeyd edib ki, bu sursatların istifadəsi yalnız Ukrayna ərazisi ilə məhdudlaşır. Bundan əlavə, Birləşmiş Ştatlar zaman keçdikcə Ukraynaya özünü məhv edən və ya qeyri-aktiv olan minaları təhvil verəcək ki, bu da mülki şəxslər üçün təhlükəni azaldır. Məqalədə minaların sayı və onların təhvil verilmə vaxtı göstərilməyib.

Bayden administrasiyası daha əvvəl Ukraynaya piyada əleyhinə minalar verməkdən imtina edib. Bu zaman mülki şəxslər üçün riskin çox yüksək olduğunu əsas göstərib.

Minaların Ukraynaya ötürülməsini “Human Rights Watch” hüquq müdafiə təşkilatı pisləyib. Təşkilatın sözçüsü Mary Wareham, "Bu, şok və dağıdıcı bir hadisədir" deyib.

O qeyd edib ki, hətta fəaliyyətsiz minalar da mülki əhali üçün təhlükə yaradır.

ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Rusiyanın TASS xəbər agentliyi ilə söhbətində Bayden administrasiyasının Ukraynada piyada əleyhinə minalardan istifadəyə icazə verdiyini təsdiqləyib.

“The Washington Post” qeyd edir ki, Birləşmiş Ştatlar münaqişə bitdikdən sonra Ukraynanın minalardan təmizləmə səylərini dəstəkləməyə də söz verib.

“AzPolitika.info”

Избранный
18
1
azpolitika.info

2Источники