RU

"Rusiya bir neçə aydır ki, Ukraynaya hücum etmək üçün raket ehtiyatı yığıb" - Kovalenko

Rusiya Ukraynaya kütləvi hücumlar təşkil etmək üçün raket ehtiyatı toplayıb.

"AzPolitika" xəbər verir ki, bunu Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko deyib.

O, bildirib ki, söhbət müxtəlif növ ballistik və qanadlı raketlərdən gedir.

“Ruslar bir neçə aydır ki, Ukraynaya kütləvi hücumlar üçün raket, ehtiyatı toplayırlar. Buraya istehsalına davam etdikləri "Kh-101", həmçinin müxtəlif ölçülü kalibrlər, hipersəs və kruiz raketləri daxildir. Rusiya aerodromlarındakı aviasiya və dənizdəki gəmilər hücuma hazırdır",-deyə o, qeyd edib.

"AzPolitika.info" 

Избранный
19
1
azpolitika.info

2Источники