RU

Qazaxıstan yükdaşımaların dayanıqlılığını prioritet məsələ kimi qəbul edir

Bakı. Trend:

Qazaxıstan yükdaşımaların dayanıqlılığını, eləcə də nəqliyyatşəbəkələrinin ekoloji və iqtisadi təsirini prioritet məsələ kimiqəbul edir.

Trend xəbər verir ki, bubarədə Qazaxıstan Nəqliyyat Nazirliyinin Nəqliyyat SiyasətiDepartamentinin direktoru Nurlan Kenesov COP29 çərçivəsindəkeçirilən "Dayanıqlı əlaqəlilik yolları: Asiyada QarşılıqlıFəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM), onun üzvdövlətlərinin və Asiyanın regional təşkilatlarının təhlükəsiz,səmərəli və iqlim dəyişikliyinə davamlı nəqliyyat dəhlizlərinintəmin edilməsi istiqamətində səyləri" mövzusunda panel müzakirədəbildirib

"Qazaxıstan üçün AQEM iştirakçı dövlətlərin qarşılıqlı əlaqənigücləndirmək istiqamətindəki səylərini birləşdirən unikalplatformadır. Dəniz limanlarına birbaşa çıxışı olmayan bir ölkəolaraq, Qazaxıstan üçün effektiv və etibarlı nəqliyyat şəbəkələriiqtisadi artım və regional inteqrasiya üçün həyati əhəmiyyət kəsbedir. Qarşılıqlı əlaqənin gücləndirilməsindəki rolumuzəhəmiyyətlidir və Qazaxıstan qonşu ölkələrlə əlaqələrinmöhkəmləndirilməsinə və tranzit imkanlarımızın genişləndirilməsinəyönəlmiş bütün layihələrə açıqdır. Bu məqsədlərə çatmaq üçünQazaxıstan dayanıqlı və etibarlı infrastrukturun əhəmiyyətinə böyükönəm verir və AQEM layihələrində iştirak bu məqsədlərinreallaşdırılması üçün əsas alətlərdən biridir", - deyə ovurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
16
az.trend.az

1Источники