Ukraynanın Rusiya ərazisinə “ATACMS”-la zərbə endirməsinə Rusiyanın Ukraynaya kütləvi raket hücumu ilə cavab verəcəyi gözlənilir. Hətta bəzi KİV-lər Kiyevdəki mərkəzi hökumət binalarının hədəf alınacağını iddia edirlər.
“AzPolitika” xəbər verir ki, ABŞ-nin Kiyevdəki səfirliyi noyabrın 20-də Ukraynaya mümkün böyük hava hücumu ilə bağlı konkret məlumat aldığını bəyan edib. Nəticədə səfirlik bu gün bağlanacaq. İşçilərə sığınacaqlarda gizlənmək tövsiyə olunub.
ABŞ səfirliyi həmçinin, Ukraynadakı bütün vətəndaşlarına hava hücumu xəbərdarlığı halında operativ tədbirlər görməyə hazırlaşmaq tövsiyəsi ilə müraciət edib.
“AzPolitika.info”