RU

Türkiyə parlamentində gərginlik: Nazirə hücum etdilər

Türkiyə parlamentinin Plan və Büdcə Komitəsində Daxili İşlər Nazirliyinin 2025-ci il büdcə təklifi ilə bağlı müzakirələr başlayarkən gərginlik yaşanıb.

Teleqraf.com xəbər verir ki, CHP millət vəkilləri daxili işlər naziri Ali Yerlikayanın zala daxil olmasına mane olmaq istəyib.

“CNN Türk” bildirir ki, CHP üzvləri nazirə etiraz üçün salonun girişində barrikada qurarkən, millət vəkili Ali Mahir Başarırla Yerlikaya arasında sərt mübahisə yaşanıb.

Salonun girişində gözləyən Başarır daxili işlər nazirini itələyib.

Komitə sədri Mehmet Muş CHP millət vəkillərinə “Bura millətin parlamentidir, barrikadalar qurulacaq yer deyil” sözləri ilə reaksiya verib.

CHP-nin parlamentdəki təxribatı 4-5 dəqiqə davam edib. Nazir salona çətinliklə daxil olub.

Mənbə qeyd edir ki, artan gərginlik fiziki təmaslara qədər gedib. Mehmet Muş bundan sonra bir millət vəkilini iclasdan xaric edib.

Məlumatda vəziyyətin tədricən sabitləşdiyi vurğulanır.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
32
teleqraf.com

1Источники