RU

İran və Fransa XİN rəhbərləri arasında telefon danışığı olub

İranın xarici işlər naziri Abbas Əraqçı ilə fransalı həmkarı Jan-Noel Barro arasında telefon danışığı baş tutub. 

Missiya.Az xəbər verir ki, bu barədə İran XİN rəhbəri özünün “Teleqram” kanalında məlumat yayıb.

Bildirilir ki, tərəflər söhbət zamanı nüvə danışıqları və regional proseslərlə bağlı son hadisələri müzakirə ediblər. 

Məlumata görə, Əraqçı Avropa ölkələrinin, xüsusilə Fransanın İrana qarşı yeni sanksiyalarla bağlı addımlarını tənqid edərək, onları əsassız və təxribatçı adlandırıb. 

İran XİN başçısı Almaniya, Fransa və Britaniyanın bu qətnaməsini MAQATE-nin Rəhbərlər Şurasının iclasında təqdim etmək qərarını pisləyib və deyib ki, bu addım Tehranın Agentliklə əlaqələrində yaradılmış müsbət atmosferə ziddir. 

Daşqın HəsənovMissiya.Az

Избранный
13
missiya.az

1Источники