RU

Təbiət əsaslı şəhərsalma yanaşması ilə sağlam gələcək üçün əhəmiyyətli nəticələr əldə edəcəyik - Anar Quliyev

“2026-cı ildə Azərbaycanda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi edəcəyimizə görə qürur duyuruq və bu kontekstdə şəhərsalmada İqlim Fəaliyyəti üzrə Xüsusi Nümayəndə İnstitutunun yaradılmasına dair ilk praktiki addımları atmağa hazır olduğumuzu bəyan edirik”.

“İki sahil” xəbər verir ki, bunu COP29 çərçivəsində keçirilən Şəhərsalma və iqlim dəyişikliyi üzrə yüksəksəviyyəli nazirlərin görüşü zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.

Tədbirdə Bakı Davamlılıq Koalisiyasının təsis edildiyini elan edən Anar Quliyev bu təşəbbüsün Azərbaycanla Misir, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə həyata keçirdiyini diqqətə çatdırıb.

“Koalisiyanın təsis olunması ilə biz şəhərlərimizin gələcək əməkdaşlıq, innovasiya və qarşılıqlı öhdəlik əsasında formalaşacağı barədə ciddi mesaj veririk. İnanıram ki, təbiət əsaslı şəhərsalma yanaşması və güclü əməkdaşlıq vasitəsilə biz dayanıqlı və sağlam gələcək üçün əhəmiyyətli nəticələr əldə edəcəyik”, - deyən komitə sədri bütün tərəfləri COP29-da keçirilən Şəhərsalma Günündə təqdim olunan Davamlı və Sağlam Şəhərlər üçün Çoxtərəfli Fəaliyyət Yolları (MAP) təşəbbüsünün konsepsiyalarını öz fəaliyyət planlarına daxil etməyə və milli, yerli səviyyələrdə konkret tədbirlər görməyə çağırıb.

Избранный
24
3
ikisahil.az

4Источники