“Siyasi partiyalara verilən vəsaitin mexanizminə baxılmalıdır”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Mədəniyyət komitəsinin sədri Fazil Mustafa Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələlərinin birgə iclasında 2025-ci ilin büdcə müzakirəsi zamanı deyib.
“Partiyalara büdcədən 5 milyon manat vəsait ayrılıb. Partiyaların sayı artıb. Partiyalar çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır. Elə mexanizm olmalıdır ki, vəsaitin bölüşdürülməsi narahatlıq doğurmasın”.
Müəllif: Şəbnəm Zahir