RU

ABŞ bu minaların Ukraynaya tədarükünə icazə verdi

ABŞ Ottava müqaviləsi ilə qadağan edilən piyada əleyhinə minaların Ukraynaya tədarükünə icazə verib.

Modern.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Pentaqonun fikrincə, belə bir addım Rusiyanın irəliləyişini ləngitməlidir.

Bildirilir ki, Ukrayna yalnız məhdud müddət ərzində (batareya boşaldıqdan sonra) aktiv olacaq minalardan istifadə etməyi öhdəsinə götürüb.

Daha əvvəl prezident Vladimir Zelenski təsdiq edib ki, Ukrayna Qərbdən Rusiyanın dərinliklərinə zərbə endirmək üçün uzaqmənzilli raketlərdən istifadə etmək icazəsi alıb.

“İndi müvafiq ölkələrin müvafiq qərarları var, Rusiyanın hərbi potensialını azalda biləcəyimiz imkanları əlavə etmək çox vacibdir”, - Zelenski deyib.

Dünən Rusiya Federasiyasının Müdafiə Nazirliyi çərşənbə axşamı gecə Ukrayna silahlı qüvvələrinin Bryansk vilayətini 6 ATACMS ballistik raketi ilə vurduğunu təsdiqləyib.

Избранный
22
2
modern.az

3Источники