RU

İdman federasiyalarına vergi güzəştləri tətbiq edilməlidir - Komitə sədri

İdman federasiyalarına vergi güzəştlərin tətbiq edilməsinə ehtiyac var. Bunu Mİlli Məclisin gənclər və idman  komitəsinin sədri Şahin İsmayılov  Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.
 
"İdmanda davamlılığın təmin olunması vacibdir.  Federasiyalara vergi güzətləri tətbiq olunsun. İdmanın inkişafına şərait yaradılsın. Davamlı olmadıqda nəticələr də əldə etmək olmur. Kütləvi idmanla bağlı aiddiyatı qurumlar fikir versinlər. Dünən Azərbaycan futbolu qara günlərindən birini yaşadı. 30 ildir bu hissləri yaşayır. Nəyə görə böyük hesablı məğlubiyyətləri görürürük. Futbol federasiyası buna diqqət edilsin", - komitə sədri bildirib. 
 
İsmayılov vurğulayıb ki, gənclərlə sıx işlənməsi məsələsinə daha həssas yanaşmaq lazımdır. 
 
Növbəti il gənclər siyasətinə dövlət büdcəsindən 18 milyon vəsait ayrılıb. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Избранный
29
anews.az

1Источники