RU

Putin nüvə doktrinasını imzaladı, Makron çağırış etdi

Fransa Prezidenti Emmanuel Makron Rusiyanı Ukrayna ətrafında gərginliyi azaltmağa çağırıb.

Axar.az xəbər verir ki, Makron bu barədə Rio-de-Janeyroda keçirilən G20 sammitində çıxışı zamanı bildirib.

Yelisey Sarayının məlumatına görə, Fransa liderinin çağırışı Rusiyanın ölkənin yenilənmiş nüvə doktrinasını təsdiqləməsindən bir gün sonraya təsadüf edib.

“Mən Putini sağlam düşüncə nümayiş etdirməyə və BMT Nizamnaməsindəki öhdəliklərinə hörmət etməyə və kollektiv deeskalasiyada iştiraka çağırıram”, - Makron deyib.

Избранный
28
axar.az

1Источники