RU

Dünya nüvə təhdidi ilə ÜZ-ÜZƏ: Rusiya bu əraziləri VURA BİLƏR

NATO münaqişədə payı artırır və Moskvanın cavab verməyə məcbur olduğu tədbirlər görür. NATO silahları ilə Rusiya ərazisinə dərin zərbələr endirilməsi, alyansın ayrı-ayrı ölkələrinin Ukraynada hərbi əməliyyatlara cəlb edilməsi, Ukrayna qüvvələrinin Şərqi Avropada yerləşməsi, Rusiyanın ticarət gəmiçiliyinə mane olmaq cəhdləri və s. burada artıq özünü açıq şəkildə büruzə verir.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Araşdırmalar Mərkəzinin təhlilində qeyd olunub.

Bildirilir ki, Moskva eskalasiya nərdivanını yüksəltməyə başlamaqla cavab verir:

“Söhbət əvvəlcə NATO-nun peyklərinə və pilotsuz təyyarələrinə, daha sonra gəmilərə və kəşfiyyat təyyarələrinə, sualtı infrastruktura hücumlardan, kiberhücumlardan və genişmiqyaslı təxribat əməliyyatlarından gedir. Ən pis halda, Moskvanın atdığı hər addım düşmənin cavab addımı ilə qarşılanacaq.

Biz təklif edirik ki, Rusiya Federasiyası mütləq Qərbin son addımına ciddi cavab verməlidir və Kremli Qərbin strateji mərkəzlərinə xəbərdaredici zərbələr endirməlidir. Müəyyən mərhələdə Moskva NATO-nun Şərqi Avropadakı obyektlərinə adi silahlarla zərbələr endirməyə davam edir, cavab zərbəsi alır, ardınca isə Rusiyanın Şərqi Avropadakı NATO obyektlərinə nüvə zərbəsi endirir”.

Bundan başqa, mərkəzinin analitikləri hesab edirlər ki, NATO ilə Rusiya arasında birbaşa hərbi toqquşma olacağı təqdirdə Çinin siyasi olaraq NATO-nun tərəfinə keçəcəyi ehtimalı gülünc səslənir:

“Əgər söhbət Moskvaya nüvə silahından istifadə etməkdən gedirsə, Pekin bütün gücü ilə eskalasiyanı dayandırmağa çalışacaq, lakin Rusiyanı məğlub etmək bahasına yox. Bu baxımdan, biz Kremlə Şərqi Avropada hansısa NATO ölkəsinə nüvə zərbəsini masaya gətirməsinə çağırış edirik”.

Nüvə silahı ilə bağlı müzakirələrin davam etdiyi bu məqamda isə rusiyalı siyasətçi, Rusiya prezidenti Vladimir Putinə yaxın şəxslərdən biri sayılan dövlət məsləhtçisi Sergey Karaqanov deyib ki, o, sözügedən məsələdə Kremlin atacağı addımları yüksək qiymətləndirir:

“Mən buna qədər dəfələrlə etdiyim təklifi bir daha səsləndirirəm: nüvə toqquşmasından qorxmaq lazım deyil və mən ölkə rəhbərliyini Polşaya nüvə zərbəsi endirməyə çağırıram”.

İqor Korotçenko isə vurğulayıb ki, hər şeydən əvvəl, ilk öncə Şimal buzlu okeanında və ya Arktikada taktiki nüvə sınağı həyata keçirmək lazımdır:

“Daha sonra isə taktiki nüvə silahlarını döyüş hazırlığına gətirmək vacibdir. Əgər Qərb eskalasiyanı artırmağa davam edərsə, hesab edirəm ki, Kreml NATO dövlətində hər hansısa hərbi mərkəzlərə zərbələr endirməlidir”.

Tərcümə: Rafi Müslümov

Избранный
33
yenicag.az

1Источники