RU

“Azərbaycana idxal olunan elektrikli və hibrid avtomobillərin payı 2 dəfə artıb”

Azərbaycana idxal olunan nəqliyyat vasitələri arasında elektrikli və hibrid nəqliyyat vasitələrinin payı təxminən iki dəfə artıb.

FED.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev COP29-da keçirilən İqlim və Urbanizasiya üzrə Nazirlər Toplantısı çərçivəsində keçirilən “Yaşıl Şəhər Nəqliyyatı” adlı Yüksək Səviyyəli Dəyirmi Masada deyib.

Onun sözlərinə görə, son bir neçə ildə Azərbaycan hökuməti ekoloji təmiz mühərrikli nəqliyyat vasitələrinin tədarükünü stimullaşdırmaq üçün ƏDV və gömrük rüsumlarından azad olma daxil olmaqla tədbirlər həyata keçirib. “Bu stimullar idxal olunan nəqliyyat vasitələri arasında elektrikli və hibrid nəqliyyat vasitələrinin payının 10,5 %-dən təxminən 20 %-ə qədər, demək olar ki, iki dəfə artmasına səbəb olub", - o vurğulayıb. (Report)

Избранный
11
3
fed.az

4Источники