NATO ölkələrinin Ukrayna qüvvələrinin Rusiyanın dərinliklərinə zərbələrin endirilməsində iştirak etmək cəhdləri cəzasız qalmayacaq.
Axar.az xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.
"Prezident Vladimir Putinin “Rusiya Federasiyasının nüvə gücünün qarşısının alınması sahəsində dövlət siyasətinin əsasları”na dəyişikliklərlə bağlı fərmanı Qərb tərəfindən ehtiyatla qarşılanıb. Onlar başa düşür ki, Putinin elan etdiyi düzəlişlər ABŞ və NATO-nun ölkəmizi strateji məğlubiyyətə uğratmaq səylərini böyük ölçüdə dəyərdən salır və döyüş meydanında Rusiya qüvvələri üzərində qələbənin mümkünlüyünü istisna edir", - Narışkin bildirib.