RU

Vüsalə şəxsi həyatından danışdı

Aparıcı Vüsalə Əlizadə şəxsi həyatı ilə bağlı sualları cavablandırıb. 
 
İzləyicilərinin suallarını cavablandıran aparıcı hazırda həyatında heç kimin olmadığını vurğulayıb.
 
"İnanın səmimiyyətimə… Rahat etiraf edə biləcək yaşdayam, amma heç bir insanın belə bir məcburiyyəti də yoxdur ki, mütləq həyatında kimsə olmalıdır. Bu sualı verənlərin də əksəriyyəti xanımlardır. Gözəllik hər şeyi həll etmir, qızlar. Bu həyatda qalıcı şeylərlə tutunun. Sevgi, dəyər, güvən və paylaşmaq qarşılığında var olur. Əgər bunun biri yoxdursa, heç nədən söhbət gedə bilməz" deyə, Vüsalə bildirib.
 
"Bir insandan qəlbiniz qırılanda necə bağışlayırsınız" sualına isə aparıcı "Bədbəxt oldu. Çox şans verirəm, güzəştə gedirəm, bağışlayıram, amma qəlbim qırıldısa, həqiqətən mənə toxundusa, çox keçmiş olsun" cavabını verib. (Axşam.az)
 
Избранный
19
6
moderator.az

7Источники