RU

Zoran Ljutkov: "Biz gələcəyin turizmini yalnız mühüm strateji sənədlərin qəbulu ilə yarada bilərik"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İqlim dəyişikliyinin öhdəsindən gəlmək üçün qlobal səylərin bir hissəsi olacaq təcili tədbirlər görmək bizim də mənəvi məsuliyyətimizdir".
Oxu.Az xəbər verir ki, bu sözləri Şimali Makedoniyanın yeni mədəniyyət və turizm naziri Zoran Ljutkov COP29-da Turizm Günü çərçivəsində turizm sektorunda təkmilləşdirilmiş iqlim fəaliyyəti üzrə nazirlərin birinci görüşündə çıxışı zamanı deyib.
O bildirib ki, Makedoniya ölkəsinin geniş və zəngin tarixi var:
"Ziyarətçilərə kilsələri, monastırları, məscidləri, arxeoloji şəhərləri, köhnə tikililəri, bazarları, eləcə də müasir ticarət mərkəzləri və s. ziyarət edərək zəngin multikultural sərvətdən həzz almaq imkanı təklif olunur. Bununla belə, bir ölkə kimi sahib olduğumuz bütün bunlar turist hərəkəti üçün güclü bir çağırışdır və çoxsaylı təsirlərə məruz qalır. Odur ki, onun mühafizəsinin təmin edilməsi çox vacib məsələdir.
Makedoniyanın Mədəniyyət və Turizm Nazirliyi turizm sektoru vasitəsilə turizm siyasətlərinin yaradılmasında, mədəniyyətin, sərvətin qorunmasında, habelə əməkdaşlığın dəstəklənməsində fəal iştirak edir. Ölkəmizin zəngin mədəni irsini və turizm potensialını növbəti dəfə təqdim edəcək layihənin həyata keçirilməsinə Makedoniya hökumətinin göstərdiyi təmənnasız dəstəyi də vurğulamaq istərdim. Buna görə, iqlim dəyişikliyinə qarşı tədbirləri gücləndirmək üçün hamımız birlikdə çalışmalıyıq".
Nazir qeyd edib ki, problemlərin həllində uğur bütün səviyyələrdə böyük öhdəlik və aktiv iştirak tələb edir:
"Hökumət, özəl sektor, vətəndaşlar və təbii ki, beynəlxalq əməkdaşlıqlar. ​​​​​​​​​​​​İndi fəaliyyət vaxtıdır. Biz özümüzə öhdəlik götürməliyik ki, gələcəyin turizmini yalnız mühüm strateji sənədlərin qəbulu, əməkdaşlıq və davamlı praktikaların həyata keçirilməsi ilə yarada bilərik. Buna görə də bu konfransda turizmin inkişafı ilə təbii və yaşayış mühitinin qorunması arasındakı tarazlığı bərpa edəcək yeni hərəkətlər və həllər üçün intensiv olsun".
Aygün Mirakif
Избранный
57
50
oxu.az

10Источники