RU

Anaklaudiya Rossbax: "Ölkələrin burada unikal imkanları var"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Şəhərlərə daha yaxşı və təmiz xidmətlər təmin etmək üçün şəbəkələri modernləşdirməkdə köməklik göstərilməlidir".
Oxu.Az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Anaklaudiya Rossbax COP29 çərçivəsində təşkil olunmuş "Yaşıl Şəhər Nəqliyyatı" adlı Yüksəksəviyyəli Dəyirmi Masada bildirib.
Onun sözlərinə görə, şəhərlərə davamlı hərəkətlilik planları, torpaqdan istifadə və nəqliyyat arasında balanslaşdırılmış artımı təşviq edən hərtərəfli çərçivələr yaratmaq və eyni zamanda, bütün maraqlı tərəflərlə birgə baxışı formalaşdırmaq səlahiyyəti verilməlidir:
"Ölkələrin burada unikal imkanları var. Çoxmodelli aşağıkarbonlu nəqliyyata üstünlük verməklə, davamlı və dayanıqlı şəhər hərəkətliliyini inteqrasiya etməklə biz müxtəlif davamlı inkişaf məqsədlərini və yeni şəhər gündəmini irəli sürərkən iqlim hədəflərinə nail ola bilərik".
"COP29-un Prezidentliyini davamlı şəhər inkişafı prioritetlərinə görə və Çoxsahəli Fəaliyyət Yolları Bəyannaməsini təklif etdiyinə görə bir daha təbrik etmək istərdim. Bu mühüm bəyannamə möhkəm, sağlam şəhərlərə doğru yolu açmağa kömək edəcək", - deyə o qeyd edib.
Məhərrəm Əliyev
Избранный
19
50
oxu.az

10Источники