RU

Neft gəliri 750 milyon azalacaq: “Dekabrda plenar iclaslarda...”

“2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin neft-qaz sektorundan gəlirləri 2024-cü illə müqayisədə təxminən 750 milyon manat az olacaq”.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında bildirib. 

"Bunun səbəblərindən biri Azərbaycan neftinin büdcə qiymətinin 75 ABŞ dollarından 70 ABŞ dollarına endirilməsi, digər səbəbi isə neft yataqlarımızın ehtiyatlarının tükənməsidir", - deyə o qeyd edib. 

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Azərbaycan büdcəsi hələ də neft gəlirlərindən asılıdır:

"Sadəcə olaraq, oktyabr ayında ilkin mərhələdə büdcə qiyməti 70 ABŞ dolları olaraq götürülüb. Lakin buna əsasən gələn il neftin qiymətinin 70 ABŞ dolları olacağını demək risklidir. Buna əsasən, 750 milyon büdcə gəlirinin azaldığını demək olar”. 

Ekspert xatırladıb ki, gələn ilin büdcə parametrlərində düzəlişlər olacaq:

“Yəqin ki, dekabrda keçirləcək plenar iclaslarda detallar bəlli olar. Lakin istənilən halda bu göstərici Azərbaycanın büdcəsinin neft gəlirlərindən asılı olduğunun növbəti sübutudur. Bu asılılığı azaltmaq lazımdır". 

Избранный
11
cebheinfo.az

1Источники