RU

Lənkəranda fövqəladə hallarda davranış qaydaları ilə bağlı təlim keçirilib

Lənkəranda “Yanğınsöndürmə balonlarından istifadə qaydası və yanğın zamanı işçilərin davranış qaydaları” mövzusunda təlim keçirilib.

Herbiand.az bildirir ki, təlimdə tibbi personala yanğınsöndürmə balonlarından istifadə, yanğınlar və onlara qarşı mübarizə, ümumiyyətlə, fövqəladə hadisələr zamanı işçilərin davranış qaydaları barədə məlumat verilib.

Fövqəlada Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları və Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Əməyin mühafizəsi bölməsinin mütəxəssisi Malik Sovqatov xəstəxananın Terapiya və yoluxucu xəstəliklər şöbəsində çalışan personala yanğınsöndürmə balonlarından istifadə qaydaları, yanğınlar və onlara qarşı mübarizə, ümumiyyətlə fövqəladə hadisələrin baş verməsi təhlükəsi zamanı işçilərin davranış qaydalarına dair vərdişlərin möhkəmləndirilməsi istiqamətində danışıblar.

Keçirilən təlimdə tibbi personala odsöndürən balonlardan necə istifadə olunması, yanğınlar zamanı onlara qarşı mübarizə, əyani olaraq yanğının söndürülməsi nümayiş etdirilib.

Bu tip təlimlərin mütəmadi keçirilməsi planlaşdırılır.

Избранный
9
1
herbiand.az

2Источники