RU

ASSIST FINANCE: NVIDIA-nın 3-cü Rübü - Süni Zəka və NASDAQ-da yeni perspektivlər

NVIDIA-nın 3-cü rüb üzrə maliyyə göstəricilərinə dair gözləntilər və onların NASDAQ indeksinə təsiri barədə ASSIST Finance-in analitik komandası rəy bildirib.

ASSIST Finance-dan FED.az saytina bildirilib ki, şirkət süni zəka və qrafik prosessor texnologiyalarında lider kimi qlobal bazarda əhəmiyyətli mövqeyə sahibdir. NVIDIA-nın cari bazar dəyəri 3,6 trilyon dolları keçərək, texnologiya nəhənglərinin zirvəsində qərarlaşıb.

Süni Zəkanın Artan Təsiri... 

ASSIST Finance analitiklərinin fikrincə, NVIDIA-nın yüksəlişi əsasən süni zəka bazarındakı dominansı ilə əlaqədardır. Məlumata görə, OpenAI, Microsoft və Google kimi texnologiya liderlərinin NVIDIA texnologiyalarına sərmayələri şirkətin gəlirlərində davamlı artımı təmin edir. “NVIDIA-nın süni zəka texnologiyalarındakı liderliyi uzunmüddətli dövrdə bazar dəyərinin daha da artacağını göstərir” – deyə analitiklər bildirir.

NASDAQ və Texnologiya Sektorunun Perspektivləri

NVIDIA-nın maliyyə göstəriciləri ilə yanaşı, NASDAQ indeksində də müsbət dinamika müşahidə edilir. Çərşənbə axşamı 20 600 punkt səviyyəsini aşan indeks texnologiya sektorunun inkişafına işarə edir. “NASDAQ üçün qısa müddətli hədəflər 21 500 punkt, uzunmüddətli hədəflər isə 22 500 punkt səviyyələridir” – deyə ASSIST Finance-dən bildirilib.

Proqnozlar və Gözləntilər

 NVIDIA-nın cari rüb üzrə dövriyyəsinin 33.09 milyard dollar olması gözlənilir. “Şirkətin texnologiya sahəsindəki yenilikləri qlobal bazarda üstünlük qazanmasına və NASDAQ-da müsbət təsir yaratmasına səbəb olur” – analitiklər əlavə edir. NVIDIA səhmlərinin yaxın hədəfi 153.50$, uzunmüddətli perspektivdə isə 160$ səviyyəsinə çatacağı proqnozlaşdırılır.

Gələcəyə Baxış 

Süni zəka texnologiyalarına artan qlobal maraq və tətbiq sahələrinin genişlənməsi, NVIDIA-nın qlobal lider mövqeyini daha da gücləndirir. ASSIST Finance ekspertləri vurğulayır ki, “Həm NVIDIA, həm də NASDAQ üçün müsbət perspektivlər investorlar üçün cəlbedici imkanlar yaradır.” Texnologiya sektorundakı innovasiyalar yaxın illərdə bazarın ən böyük inkişaf sahəsi olacaq.

Qeyd edək ki, sizdə ASSIST Finance vasitəsilə maliyyə bazarında öz yerinizi tuta bilər, yerli və xarici səhmlərə, istiqrazlara yatırım edə, həmçinin birja ticarəti ilə gəlirlərinizi yüksəldə bilərsiniz.

Избранный
24
fed.az

1Источники