RU

Maestro Ceyhun SON DƏFƏ AÇIQLADI: “Heç yerə köçməmişəm”

“Məni toya çağırmaq istəyirlər, kimdən soruşurlar, deyirlər ki, Bakıda deyil”.

Yenicag.az xəbər verir ki, bu sözləri sənət aləmində “maestro Ceyhun” kimi tanınan Ceyhun İsmayılov deyib.

O, xaricə köçməsi ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib və bu xəbərin yalan olduğunu bildirib:

“Deyirlər, Ceyhun Bakıdan köçüb, xaricdə yaşayır. Toya dəvət etmək istəyənlərə də elə deyirlər ki, Ceyhun Bakıda yaşamır. Bu şayiələri kim çıxarar, bilmirəm. Mən heç yerə köçməmişəm, Bakıda yaşayıram. Niyə öz vətənimdən harasa köçməliyəm axı?! Konsertlərim, səfərlərim olur, gedirəm, xarici ölkələrə, yenə də işimi görəndən sonra Azərbaycana qayıdıram”.

Cəvahir

Избранный
9
yenicag.az

1Источники